Əsas məzmuna keç

Mnatsakanyan: Məni “vəzifə”yə Serj Sarkisyan təyin edib

Mnatsakanyan: Məni “vəzifə”yə Serj Sarkisyan təyin edib

təqsirləndirilən şəxs bildirib ki, əvvəlcə Ermənistanın müdafiə naziri Seyran Ohanyan onun bu “vəzifə”yə “təyin olunması” barədə təqdimat verib,...

Martın 17-ə Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində şəxs Lyova bildirib ki, 2015-ci ilin iyun ayında onu qondarma rejimin “” - “ordu”nun “komandanı” vəzifəsinə Ermənistanın ovaxtkı prezidenti Serj təyin edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təqsirləndirilən şəxs bildirib ki, əvvəlcə Ermənistanın müdafiə naziri Seyran Ohanyan onun bu “vəzifə”yə “təyin olunması” barədə təqdimat verib, S.Sarkisyan isə onu təsdiqləyib.

Mnatsakanyanın sözlərinə görə, S.Sarkisyan təyinatla bağlı onu qəbul edib. “Görüş zamanı mənə dedi ki, bu, çox önəmli vəzifədir”, - təqsirləndirilən şəxs əlavə edib.

Xatırladaq ki, 2015-ci ildə qondarma rejimin yaydığı “rəsmi məlumat”a görə, Lyova Mnatsakanyanı “müdafiə naziri” “vəzifə”sinə guya ovaxtkı “prezident” Bako Sahakyan təyin edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…