Operativ Məlumat Mərkəzi

MN: "Kəlbəcərdə mövqelərimiz atəşə tutulub"

1 dəq
Paylaş:
MN: "Kəlbəcərdə mövqelərimiz atəşə tutulub"

Oktyabrın 5-i saat 14:50 radələrində silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli və Aşağı Şorca məntəqələri istiqamətlərində mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif atıcı silahlardan atəşə tutub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

"Azərbaycan Ordusunun bölmələri şəxsi heyət və texnika sarıdan itki verməyib", - məlumatda qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax