Əsas məzmuna keç

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi yad edilib

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi yad edilib

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə...

Azərbaycanın Milli Qəhrəmanı İbrahimovun ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyinin (MN) xidmətindən məlumat verilib.

Bildirilib ki, hərbi qulluqçular onun məzarını ziyarət edib, üzərinə əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə çıxış edənlər Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini qeyd edib, M.İbrahimovun göstərdiyi və igidlik nümunələrindən danışıblar. Vətən yolunda canından keçərək gənclərə örnək olacaq bir addım atan qəhrəmanlarının vətənpərvərlik və mübarizlik hissinin yüksək olduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, M.İbrahimovun göstərdiyi rəşadət , Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. M.İbrahimov ölümündən sonra dövlət başçısının müvafiq Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…