Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilən 16 yaşlı oğlanın axtarışına başlanılıb.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Hazırda 2010-cu il təvəllüdlü Vüsal Arif oğlu Hümbətovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışları davam etdirilir.