Operativ Məlumat Mərkəzi

Məhkəmə Əziz Orucovun apellyasiya şikayətini təmin etməyib

2 dəq
Paylaş:
Məhkəmə Əziz Orucovun apellyasiya şikayətini təmin etməyib

Bakı Apellyasiya Məhkəməsi “Kanal13” internet televiziyasının rəhbəri Əziz Orucovun şikayətini təmin etməyib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə onun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib.

O bildirib ki, iclasında Ə.Orucovun barəsində Bakı şəhərinin Rayon Məhkəməsində həbs tədbirinin daha bir ay uzadılması ilə bağlı qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Qeyd edək ki, Ə. ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə açılıb və şübhəli şəxs qismində saxlanılıb.

Ötən il noyabrın 28-də Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax