Operativ Məlumat Mərkəzi

Manukyan Azərbaycana qarşı döyüşdüyünü etiraf etdi

2 dəq
Paylaş:
Manukyan Azərbaycana qarşı döyüşdüyünü etiraf etdi

Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş Davit Silahlı Qüvvələrinə qarşı döyüşdüyünü etiraf edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, ifadəsində hərbçi olduğunu, Ermənistanda xidmət etdiyini, həmçinin Birinci və İkinci Qarabağ müharibələri zamanı Ermənistan ordusunun tərkibində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə qarşı vuruşduğunu bildirib.

D.Manukyan bildirib ki, üstündə gəzdirdiyi və sonradan evində aşkarlanan odlu silahlar Ermənistan Respublikasının Polis İdarəsində qeydiyyatdadır.

O, 44 günlük müharibə zamanı avtomobilinin “Bayraktar” PUA-sı ilə vurulduğunu da bildirərək deyib: “Sürücüm yaralandı, mən isə 20 metr aralıda olduğumdan xəsarət almadım”.

Davit Manukyan istintaq dövründə müstəntiqlərlə çox yaxşı etdiyini də söyləyib.

şəxs Davit Allahverdiyan isə sərbəst ifadəsi zamanı ilkin istintaqda bütün suallara cavab verdiyini bildirib. “Mənə qarşı münasibət insani, yaxşı olub, buna görə təşəkkür edirəm. İndi də bütün suallara cavab verməyə hazıram”, - deyə o əlavə edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax