Operativ Məlumat Mərkəzi

Maliyyə Nazirliyi iki təşkilatda yoxlamalarla bağlı DTX-ya müraciət edib

1 dəq
Paylaş:
Maliyyə Nazirliyi iki təşkilatda yoxlamalarla bağlı DTX-ya müraciət edib

Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı və onun maliyyə müfəttişlikləri tərəfindən iş planlarına əsasən 2022-ci ildə 71 təşkilatda yoxlamalarla aşkar olunan 5.081,1 məbləğində artıq və əsassız ödənişlərin 1747,7 min manat hissəsinin yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə şəxslər tərəfindən dövlət büdcəsinə bərpası təmin edilib.

Maliyyə Nazirliyindən "Operativ Məlumat Mərkəzi - OMM" verilən xəbərə görə, həmin nəzarət obyektlərindən 2 təşkilat üzrə aşkar olunan 2811,4 min manat məbləğində nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax