Əsas məzmuna keç

“Lufthansa” bir sıra şəhərlərə uçuşların dayandırılması müddətini avqustun 21-dək uzadıb

“Lufthansa” bir sıra şəhərlərə uçuşların dayandırılması müddətini avqustun 21-dək uzadıb

bu barədə TASS-a "Lufthansa"nın mətbuat xidmətindən məlumat verilib. "Mövcud təhlükəsizlik təhlilinə əsasən, “Lufthansa Group” Yaxın Şərqdəki...

Yaxın Şərqdə vəziyyətin pisləşməsi ilə əlaqədar “Lufthansa Group”a daxil olan Əmman, Beyrut, , Təl-Əviv və Ərbilə uçuşların dayandırılması müddətini avqustun 21-dək uzadıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS-a "Lufthansa"nın xidmətindən məlumat verilib.

"Mövcud təhlilinə əsasən, “Lufthansa Group” Yaxın Şərqdəki fəaliyyətində yenidən dəyişiklik edir. Təl-Əviv, Tehran, Beyrut, Əmman və Ərbilə bütün uçuşlar avqustun 21-dək dayandırılıb. Konsern qeyd olunan tarixə qədər İran və İraqın hava məkanından istifadə etməyəcək", – məlumatda bildirilib.

Qeyd olunub ki, aviadaşıyıcı görülən tədbirlərdən zərər sərnişinlərə biletləri pulsuz olaraq yenidən bron etmək və ya reysi ləğv etmək imkanı təklif edir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…