Operativ Məlumat Mərkəzi

İşsizlikdən sığorta fondunun gələnilki büdcəsi də qəbul edildi

1 dəq
Paylaş:
İşsizlikdən sığorta fondunun gələnilki büdcəsi də qəbul edildi

İşsizlikdən sığorta fondunun 2025-ci il üzrə gəlir və xərcləri 260 700 000,0 manat məbləğində proqnozlaşdırılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, işsizlikdən sığorta fondunun 2025-ci il üzrə xərclərinin maliyyələşmə aşağıdakılardır:

- İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsinin gəlirləri - 206 400 000,0 manat;

- İşsizlikdən sığorta fondunun 2025-ci il yanvarın 1-nə ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə - 54 300 000,0 manat.

Qanun layihəsi səsverməyə üçüncü oxunuşda qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax