İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə aparılan danışıqlarla bağlı açıqlama verərək Tehranın təzyiq və həddindən artıq tələbləri qəbul etməyəcəyini bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, prezidentin açıqlaması bazar ertəsi günü yayılıb.
Pezeşkian vurğulayıb ki, İran İslam Respublikası istənilən danışıqlarda öz mövqeyindən geri çəkilməyəcək və təzyiq altında qərar verməyəcək.
“İslam Respublikası heç bir halda təzyiq və həddindən artıq tələblərə təslim olmayacaq”, - deyə o bildirib.
Qeyd edək ki, Tehran son dövrlərdə ABŞ ilə aparılan diplomatik təmaslarda qarşılıqlı hörmət və bərabərlik prinsipinin vacibliyini önə çəkir.