Operativ Məlumat Mərkəzi

İlham Əliyev Zelenski ilə görüşdü - FOTOLAR

2 dəq
Paylaş:
İlham Əliyev Zelenski ilə görüşdü - FOTOLAR

Oktyabrın 2-də Kopenhagendə Respublikasının Prezidenti İlham Əliyevin Prezidenti Volodimir Zelenski ilə görüşü olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ukrayna Prezidenti Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə bağlı Vaşinqtonda əldə olunmuş nəticələr münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.

Təbriklərə görə minnətdarlığını bildirən İlham Əliyev sülh gündəliyinin irəliyə aparılması istiqamətində atılmış addımların tarixi kəsb etdiyini dedi. Dövlətimizin başçısı regionda davamlı sülhün təmin olunması üçün Azərbaycanın bundan sonra da səylərini davam etdirəcəyini vurğuladı.

Görüşdə Azərbaycanın Ukraynaya humanitar dəstəyi, xüsusilə də ukraynalı uşaqlara göstərilən diqqət və qayğı qeyd olundu. Ukrayna tərəfi buna görə təşəkkürünü bildirdi.

Söhbət zamanı iki ölkə arasında enerji sahəsində məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax