Operativ Məlumat Mərkəzi

İlham Əliyev Ərdoğana zəng edib, başsağlığı verib

2 dəq
Paylaş:
İlham Əliyev Ərdoğana zəng edib, başsağlığı verib

İlham Əliyev yanvarın 23-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dərin hüznlə başsağlığı verib.

O, bu dəhşətli faciədə həlak olanlara Uca Allahdan rəhmət diləyib və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb.

İlham Əliyev yanvarın 21-də faciə ilə əlaqədar Türkiyə Prezidentinə başsağlığı məktubu göndərdiyini də qeyd edib.

Türkiyə Prezidenti diqqətə və başsağlığına görə minnətdarlığını bildirib və qeyd edib ki, Türkiyə və daim bir-birilərinin yanındadırlar, bundan sonra da həmişə belə olacaqdır.

əsnasında dövlət başçıları ikitərəfli münasibətlərin müxtəlif sahələrinə dair fikir mübadiləsi aparıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax