Əsas məzmuna keç

Hikmət Hacıyev: “Azərbaycan yaralı erməni əsgərlərinə tibbi yardım göstərməyə hazırdır”

Hikmət Hacıyev: “Azərbaycan yaralı erməni əsgərlərinə tibbi yardım göstərməyə hazırdır”

bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial...

“Azərbaycanın mərkəzi hakimiyyəti yaralı əsgərlərinə tibbi yardım göstərməyə və ya bunu Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə etməyə hazırdır”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidentinin köməkçisi, Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri “X” sosial şəbəkəsində yazıb.

H.Hacıyev bildirib ki, BQXK-nın Bakı ofisinin nümayəndələri və digər xarici tərəfdaşlarla keçirilən görüşdə Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq humanitar hüquq normalarına ciddi riayət etməsi və yerli antiterror fəaliyyəti zamanı mülki əhalinin zərər çəkməməsi üçün göstərdiyi səylər yüksək qiymətləndirilib:

“Qeyd etdiyimiz kimi, könüllü olaraq silahı yerə qoyan erməni hərbçiləri və döyüşçüləri azad olunacaq”.

O vurğulayıb ki, rəsmi Bakı BQXK-nın Cenevrə ofisindən ölkəmizə əlavə heyətin gəlməsi və Qızıl Xaç Cəmiyyətinin Bakı ofisindən insanların Xankəndi filialına göndərilməsini dəstəkləyir.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…