Operativ Məlumat Mərkəzi

FHN Naxçıvandakı zəlzələ ilə bağlı məlumat yayıb

1 dəq
Paylaş:
FHN Naxçıvandakı  zəlzələ ilə bağlı məlumat yayıb

Milli Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, 28.01.2023-cü il tarixində saat 22:14-də seysmik stansiyasından 108km cənub-qərbdə, İran İslam Respublikasının Xoy şəhərində 10km dərinlikdə 6,2 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan Respublikası ərazisində 5-3 bala qədər hiss olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, zəlzələ nəticəsində Naxçıvan Muxtar Respublikası ərazisində hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb.

Həmçinin, bəzi kütləvi informasiya vasitələrində bu gün axşam saat 22:15 radələrində Gəncə şəhəri istiqamətində 3 bala yaxın zəlzələnin qeydə alınması barədə yayılmış məlumat həqiqətə uyğun deyil.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax