Operativ Məlumat Mərkəzi

FHN DSX-nin hərbi hissəsində təlim keçirib

2 dəq
Paylaş:
FHN DSX-nin hərbi hissəsində təlim keçirib

Fövəqladə Hallar Nazirliyi (FHN) Dövlət Xidmətinin (DSX) hərbi hissəsində təlim keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, FHN-in Cənub Regional Mərkəzi tərəfindən DSX-nin Lənkəran şəhərində “N” saylı hərbi hissəsində “Fövqəladə hallarla bağlı qaydaları” mövzusunda -praktiki tədbir çərçivəsində təlim keçirilib.

Təlimdə Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları və hərbi hissənin şəxsi heyəti iştirak edib.

Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr, o cümlədən yanğınlar zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, eləcə də yanğın təhlükəsizliyinin əsas tələbləri barədə hərbi hissənin şəxsi heyətinə geniş məlumat verilib.

Təlimin praktiki hissəsində şərti qəzası zamanı deformasiyaya uğramış avtomobildən “zərərçəkmişlər” xüsusi xilasetmə alət və avadanlıqlarından istifadə edilməklə xilas edilərək təxirəsalınmaz ilkin yardım göstərilib, eyni zamanda qəza zamanı ətrafa yayılan yanğın qısa zamanda söndürülüb.

Yekunda təlimin nəticələri təhlil olunub və müvafiq tapşırıqlar verilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax