Operativ Məlumat Mərkəzi

Əsgər Rəsulov təltif edilib

2 dəq
Paylaş:
Əsgər Rəsulov təltif edilib

Respublikasında arxiv işi sahəsində səmərəli fəaliyyətinə görə Əsgər Adil oğlu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Əsgər Adil oğlu Rəsulov 1954-cü il martın 3-də Naxçıvan şəhərində anadan olub. O, 1960-1970-ci illərdə Naxçıvan şəhərində Əkbər Ağayev adına 1 nömrəli orta internat məktəbdə oxuyub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin fakültəsinə qəbul olub və 1971-1976-cı illərdə BDU-nun Şərqşünaslıq fakültəsinin türk şöbəsində təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirib. 1980-ci ildən BDU-da çalışır. Filologiya üzrə elmlər , professordur.

Əsgər Rəsulov universiteti bitirdikdən sonra dörd il SSRİ Xarici İqtisadi Əlaqələr Komitəsinin xətti ilə Türkiyə Cümhuriyyətində tərcüməçi işləyib.1980-ci ildən bu günə qədər BDU-də baş laborant, müəllim (1981), baş müəllim (1985), dosent (1987) və professor (2007) kimi elmi-pedaqoji fəaliyyətini davam etdirir.

O, 1989-1992-ci illərdə SSRİ-nin Ankaradakı səfirliyində mütərcim-referent vəzifəsində işləyib. Əsgər Rəsulov 1983-cü ildə “Türk ədəbiyyatında oçerk janrı” mövzusunda filologiya üzrə fəlsəfə doktoru, 2005-ci ildə isə Türk ədəbiyyatında bədii-publisistik janrların yaranması və inkişaf yolları” mövzusunda filologiya üzrə elmlər doktoru dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.

O, Milli Arxiv İdarəsinin sədridir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax