Operativ Məlumat Mərkəzi

Ərdoğan İsrailə səfər edə bilər

2 dəq
Paylaş:
Ərdoğan İsrailə səfər edə bilər

" və İsrail bir çox sahədə edir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan rəsmi səfərdən qayıdan zaman jurnalistlərə müsahibəsində deyib.

İsrailin Binyamin Netanyahunun Ankaraya gözlənilən səfərindən də danışıb.

"Səfər tarixi ilə bağlı Xarici İşlər Nazirliyimiz işlərini davam etdirir. Düşünürəm ki, Netanyahunun xəstəliyi səbəbindən həyata keçirə bilmədiyi və təxirə salınan Türkiyə səfəri təxminən oktyabr-noyabr ayları arasında baş tutacaq. Bu səfərin ən uyğun zamanda reallaşmasını təmin etmək üçün danışıqlar davam edir. Bildiyiniz kimi, bu işlərin katibliyi Türkiyə və İsrailin nazirlərinə məxsusdur. Bundan sonra cavab səfərimizi edəcəyik",- Türkiyə Prezidenti əlavə edib.

R.T.Ərdoğan vurğulayıb ki,Türkiyə və İsrail olaraq bir çox sahədə əməkdaşlıq var və yeni əməkdaşlıq sahələrinin yaranması da faktdır: "Xüsusilə Avropa Rusiya-Ukrayna müharibəsindən sonra konyukturanın təsiri ilə dayanıqlı enerji mənbələri axtarışındadır. Hər kəsə məlumdur ki, İsrail öz ehtiyatlarını Avropaya daşımağa çalışır. Ən rasional yol bu resursları Türkiyə üzərindən Avropaya çatdırmaqdır. Son görüşümüzdə bunu müzakirə etdik, biz işə başladıq. Digər tərəfdən, qazma işlərində də əməkdaşlıq imkanları var. Bununla bağlı texniki araşdırmaların aparılması üçün müvafiq dostlarımıza göstərişlər vermişik. Ən qısa zamanda həm Türkiyə, həm də İsraildəki görüşlərimiz zamanı marşrut, qrafik və qazma sahələri kimi detalları dəqiqləşdirəcəyik".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax