Operativ Məlumat Mərkəzi

Ərdoğan Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi üçün dördtərəfli təklif edib

2 dəq
Paylaş:
Ərdoğan Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi üçün dördtərəfli təklif edib

"İndi təbii ki, üçtərəfli görüş təklifimizi onlara çatdırmışıq. Amma bu məsələdə biz üçlü yox, dördlü təklif etdik. Yəni bu yerlərə heç bir aidiyyəti olmayan liderlərlə deyil, Rusiya lideri cənab Putinlə, cənab Əliyevlə, mənim və hazırda məsələ ilə məşğul olan Ermənistanın Paşinyanla dördlük olaraq belə bir görüş keçirək".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Prezidenti Rəcəb Tayyib Təşkilatının 78-ci Baş Assambleyasının müzakirələrində iştirak etmək üçün ABŞ-yə yola düşməzdən əvvəl hava limanında jurnalistlərə açıqlamasında deyib.

"Elə təklif verdik ki, addımıı da ona uyğun ataq. Hələlik heç bir müsbət və ya mənfi rəy almamışıq. Biz cənab Əliyevlə bu məsələni daha sonra müzakirə edəcəyik və hadisələri yaxından izləyəcəyik", - Ərdoğan vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax