Əsas məzmuna keç

Əli Əsədov Moldova Baş nazirinin müavini ilə görüşüb

Əli Əsədov Moldova Baş nazirinin müavini ilə görüşüb

Aprelin 10-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Moldova Respublikası Baş nazirinin müavini, infrastruktur və...

Aprelin 10-da Respublikasının Baş naziri ölkəmizdə səfərdə olan Moldova Respublikası Baş nazirinin müavini, infrastruktur və regional naziri Vladimir Bolea ilə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, görüşdə Azərbaycan-Moldova dostluq və münasibətlərinin inkişafından məmnunluq ifadə olundu.

Bakıda keçiriləcək Azərbaycan Respublikası və Moldova Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının iki ölkə arasında qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı.

Ticarət, investisiyalar, neft-qaz, yaşıl enerji, , kənd təsərrüfatı, humanitar və bir çox digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edildi.

Görüşdə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Məcnun Məmmədov iştirak edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…