Operativ Məlumat Mərkəzi

Əli Əsədov Misir parlamentinin Nümayəndələr Palatasının sədri ilə görüşüb

2 dəq
Paylaş:
Əli Əsədov Misir parlamentinin Nümayəndələr Palatasının sədri ilə görüşüb

Azərbaycanın mayın 16-da ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikası parlamentinin Palatasının sədri Hanafi Gibali ilə görüşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Nazirlər Kabinetindən bildirilib.

Görüşdə Bakıda keçirilən Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasında Misirin yüksək səviyyəli nümayəndə heyətinin iştirak etməsindən məmnunluq ifadə edilib.

Azərbaycanla Misir arasında əlaqələrin hazırkı inkişaf səviyyəsi yüksək qiymətləndirilib.

Misir Ərəb Respublikası prezidentinin cari ilin yanvar ayında ölkəmizə baş tutmuş səfəri xatırlanaraq iki ölkə arasında münasibətlərin inkişafında dövlət başçılarının mühüm rolu vurğulanıb.

Görüşdə, həmçinin -Misir qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax