Operativ Məlumat Mərkəzi

Elektron kabineti olmayan sahibkarlara iddia ərizəsi barədə onlayn bildiriş göndərilməsi imkanı yaradılıb

2 dəq
Paylaş:
Elektron kabineti olmayan sahibkarlara iddia ərizəsi barədə onlayn bildiriş göndərilməsi imkanı yaradılıb

Məhkəmə” İnformasiya ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin informasiya sistemi arasında həyata keçirilmiş inteqrasiya nəticəsində yeni funksionallıq istifadəyə verilib. Belə ki, elektron kabineti sahibkarlar barəsində məhkəməyə verilmiş iddia ərizəsi ilə bağlı onlara onlayn bildirişin göndərilməsi mümkün olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, kommersiya mübahisələri ilə bağlı məhkəməyə elektron qaydada təqdim olunan iddia ərizələri və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə göndərilir. Müvafiq şəxslərə bu barədə elektron poçt və SMS vasitəsilə məlumat verilir.

Əgər cavabdeh sahibkar “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməyibsə, belə halda iddia ərizəsi ilə bağlı və qeydiyyat qaydaları barədə ətraflı məlumat həmin şəxsin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin informasiya sistemində yaradılmış elektron kabinetinə ötürülür və bu barədə məlumat elektron qaydada ona çatdırılır.

Bu yenilik Biznes Mühiti və Reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Biznesin müflisləşməsi” İşçi qrupunun fəaliyyəti çərçivəsində həyata keçirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax