Operativ Məlumat Mərkəzi

Ədliyyə Nazirliyinə qulluğa qəbulla bağlı ərizə qəbulunun vaxtı uzadılıb

2 dəq
Paylaş:
Ədliyyə Nazirliyinə qulluğa qəbulla bağlı ərizə qəbulunun vaxtı uzadılıb

Ədliyyə Nazirliyinə qulluğa qəbulla bağlı elan olunan növbəti müsabiqədə iştirak üçün ərizə qəbulunun vaxtı çoxsaylı nəzərə alınaraq, iyun ayının 1-i saat 23:59-dək uzadılıb.

Nazirliyin Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə veilən məlumata görə, qeyd olunan tarixədək ərizələrini Nazirliyin rəsmi saytında "Qulluğa qəbul" bölməsində "Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı elektron müraciət" adlı hissəyə və ya linkə daxil olmaqla təqdim edə .

Müsabiqə üzrə test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən ödənişli əsaslarla keçirilir. Bununla əlaqədar hər bir namizəd imtahana vərəqəsini bu barədə elan verildikdən sonra Mərkəzin rəsmi saytında qeydiyyatdan keçməklə və müvafiq vəsaiti ödəməklə əldə etməlidir.

Test imtahanının dəqiq vaxtı və yeri, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması barədə namizədlərə öncədən məlumat veriləcək.

Test imtahanından uğur qazanmış namizədlərin digər zəruri sənədləri bu mərhələdən sonra toplanılaraq yoxlanılacaq və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar.

Namizədlər əlavə məlumat əldə etmək üçün (012) 538-01-62, 538-08-85 nömrəli telefonlarla əlaqə saxlaya bilərlər.

Məlumat üçün qeyd edək ki, müsabiqədə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən ali hüquq təhsilli Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax