Operativ Məlumat Mərkəzi

DYP sürücülərə müraciət edib - 08.05.2025

2 dəq
Paylaş:
DYP sürücülərə müraciət edib - 08.05.2025

DİN-in Baş Dövlət İdarəsi sürücülərə müraciət edib.

İdarədən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, müraciətdə deyilir:

"Yaşayış məntəqələri – sakitliyin və təhlükəsizliyin təmin olunduğu zonalardır.

vasitəsinin yaşayış məntəqəsində idarə edilməsi zamanı mühərrikin əsassız şəkildə yüksək dövriyyədə işlədilməsi və ya avtomobildə yüksək səslə musiqi dinlənilməsi cəmiyyətin qəbul etdiyi qaydaları ilə uzlaşmır və ətraf mühitin ahənginə ciddi şəkildə mənfi təsir göstərir.

Unudulmamalıdır ki, bu yalnız nəqliyyatın hərəkəti üçün deyil, məhz insanların gündəlik fəaliyyəti və istirahəti üçün nəzərdə tutulmuş məkanlardır. Burada körpələr yatır, yaşlı insanlar dincəlir, ailələr sakitlik axtarır.

Səssiz və intizamlı hərəkət – sosial məsuliyyətin təzahürüdür. Hər bir sürücüdən gözlənilən, təkcə qaydalarına deyil, həm də ictimai davranış normalarına riayət etməkdir.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri bir daha ətraf mühitin səssizliyinə hörmətlə yanaşmağa, ictimai rahatlığı nəzərə almağa çağırır".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax