Operativ Məlumat Mərkəzi

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına dəyişiklik ilk oxunuşdan keçib

2 dəq
Paylaş:
Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına dəyişiklik ilk oxunuşdan keçib

Dövriyyəsi narkotik vasitələrin siyahısına dəyişiklik ilk oxunuşdan keçib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbərinə görə, bununla bağlı " Respublikasının ərazisində dövriyyəsi qadağan , məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarında" dəyişiklik olunur.

Dəyişikliklə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr və psixotrop " fəslindən "Dihidrokodein" və "Properidin" çıxarılıb.

Digər dəyişikliklə isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr" fəslinə "Dekstrometorfan" (başqa mürəkkəb tərkibli dərman preparatlarının tərkibində nəzarətdə saxlanılmır) əlavə olunur.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax