Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Dövlət başçısı kənd təsərrüfatı proqramına böyük maliyyə ayrılacağını bildirib

2 dəq
Paylaş:
Dövlət başçısı kənd təsərrüfatı proqramına böyük maliyyə ayrılacağını bildirib

ət, süd, quş əti ilə 100 % özünü təmin etməlidir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyib.

Prezident qeyd edib ki, 80-90 % səviyyəsindədir:

"Bunu 100 faizə çatdırmaq üçün mən hesab edirəm ki, imkanlar var və bu proqram qeyd etdiyim kimi, qısamüddətli olmalıdır, 2026-2030-cu illəri əhatə edəcək. Nəzərə alsaq ki, 2026-cı ilin demək olar ki, yarısı artıq arxada qalır, bu proqramın icrası üçün cəmi dörd il yarım qalır. Buna görə dövlət xətti ilə proqramın maliyyələşdirilməsi üçün vəsait bu il ayrılmalıdır".

İlham Əliyev hökumətə tapşırıb ki, vəsait tapılsın və özəl sektorla da müxtəlif qurumlar, təbii ki, Kənd Təsərrüfatı Nazirliyi, Hökumət, ondan sonra , İqtisadiyyat Nazirliyi, digər qurumlar fəal işləməlidirlər:

"Təxmini hesablamalar aparılıb. Əlbəttə ki, indidən bunu demək çox çətindir. Amma təxmini hesablamalar göstərir ki, dövlət xətti ilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün 2 milyard manatdan çox vəsait lazım olacaq, özəl sektorun payı isə təqribən 3 milyard manatdan çox olacaq. Çox böyük rəqəmdir. Xüsusilə nəzərə alsaq ki, cəmi dörd il yarım ərzində bunu biz həyata keçirməliyik, ona görə proqram qəbul ediləndən dərhal sonra biz işlərə başlamalıyıq".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax