Əsas məzmuna keç

Doqquz minə yaxın müəllim üçün sertifikasiya imtahanı başlayıb

Doqquz minə yaxın müəllim üçün sertifikasiya imtahanı başlayıb

ümumilikdə ona yaxın məktəbdə doqquz minə yaxın müəllim imtahan verir. Məlumat üçün bildirək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində...

Riyaziyyat fənni üzrə üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ümumilikdə ona yaxın məktəbdə doqquz minə yaxın verir.

Məlumat üçün bildirək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin etdiyi fənn üzrə ümumi təhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizəd topladığı balı kompüterin ekranında görür.

Test imtahanında mümkün 60 baldan minimum 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak hüququ qazanacaq.

Sertifikatlaşdırmadan keçən müəllimlər növbəti beş il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edir.

Qeyd edək ki, dili, ingilis dili, rus dili (Azərbaycan bölməsi), rus dili və rus ədəbiyyatı (rus bölməsi), alman dili, fransız dili üzrə ilk dəfə cəlb olunacaq müəllimlər üçün test imtahanı mərhələsi iyunun 22-si və 24-də davam edəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…