Operativ Məlumat Mərkəzi

Diplomsuz həkimlərlə bağlı araşdırma aparılır - Nazir

2 dəq
Paylaş:
Diplomsuz həkimlərlə bağlı araşdırma aparılır - Nazir

Səhiyyə naziri Teymur Musayev son vaxtlar Azərbaycanda diplomsuz cərrahlarla bağlı yayılan məlumatlara aydınlıq gətirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, jurnalistlərə açıqlamasında həmin həkimlərlə bağlı araşdırma aparıldığını bildirib: “Onların təhsili, iş fəaliyyəti barədə araşdırma aparılır. Bu adamlar cinayət işlədir. Onların əməlinə qiymət veriləcək.

Bu yalnız plastik cərrahların səlahiyyətində olmayıb. Bu istiqamətdə Baş Prokurorluqla danışıqlar aparılıb. Yaxın vaxtlarda açıqlama veriləcək”.

Nazirartıq kadrların vahid idarəetməsi ilə bağlı sənədin hazırlandığını açıqlayıb. O qeyd edib ki, sözügedən sənəd bəhs olunan problemlərin həlli üçün hazırlanıb və yaxın vaxtlarda elan ediləcək.

“Ümumiyyətlə, səhiyyə sahəsində islahatlar davam edəcək. Araşdırma nəticəsində məlum olub ki, heç bir tibbi təhsili olmayan şəxslər sosial vasitəsilə iş görüblər. Baş Prokurorluğun işçi qrupu ilə birgə layihə hazırlayıb. Qənirə Ataşovanın araşdırmasından sonra bu məsələlər nəzarətə götürülüb. Hər bir əmələ hüquqi qiymət veriləcək”, - nazir vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax