Operativ Məlumat Mərkəzi

DİN: Polis gücləndirilmiş rejimdə çalışır

2 dəq
Paylaş:
DİN: Polis gücləndirilmiş rejimdə çalışır

DİN əməkdaşları ilə əlaqədar rejimdə xidmət aparır, müraciətlərə çevik reaksiya verir.

DİN-in Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, paytaxtla yanaşı ölkəboyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət olunub. Polis əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdə də məqsədilə zəruri tədbirlər davam etdirilir.

Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərinə əlavə polis naryadları cəlb edilib.

Gecə saatlarından təşkil edilən fasiləsiz xidmət zamanı digər dövlət orqanları ilə birgə yollar, nişanlar qardan və buzdan təmizlənir, yerlərə qum və duz səpilir.

Sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatması təmin edilir.

Mövcud hava şəraiti ilə bağlı dünən axşam saatlarından 102 Zəng Mərkəzinə daxil olan 417 çağırış üzrə dağ və meşə, həmçinin respublika əhəmiyyətli avtomobil yollarında vətəndaşlara zəruri köməkliklər göstərilməklə polis əməkdaşları tərəfindən müraciətlərə çevik reaksiyalar verilib.

Bu istiqamətdə işlər fasiləsiz olaraq davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax