Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov Misir Ərəb Respublikasının xarici işlər naziri ilə görüşüb

3 dəq
Paylaş:
Ceyhun Bayramov Misir Ərəb Respublikasının xarici işlər naziri ilə görüşüb

Bu gün naziri Misirə işgüzar səfəri çərçivəsində Misir Ərəb Respublikasının xarici işlər naziri Sameh Şükri ilə görüşüb.

Xarici İşlər Nazirliyindən "Operativ Məlumat Mərkəzi - OMM"-yə verilən məlumata görə, görüş zamanı, tərəflər cari ilin yanvar ayında Misir Ərəb Respublikasının Prezidentinin Azərbaycana səfərini məmnunluqla xatırlayaraq, bu kimi yüksək səviyyəli qarşılıqlı səfər mübadilələrinin münasibətlərin inkişafı üçün əhəmiyyətli olduğunu qeyd ediblər.

Görüşdə Azərbaycanla Misirin tarixi dostluq əlaqələrinin inkişafına və əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsinə önəm verildiyi diqqətə çatdırılıb.

arasında BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər müstəvilərdə mövcud əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı dəstəyin vacibliyindən bəhs olunub. Bu xüsusda, mart ayında Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşünün əhəmiyyəti nazir Ceyhun Bayramov tərəfindən bildirilib.

Görüşdə Ceyhun Bayramov həmkarını bölgədə post-münaqişə dövründə ölkəmizin sülh, və əməkdaşlığın qurulması istiqaməyində təşəbbüsləri barədə məlumatlandırıb. Bu səylərə baxmayaraq, Ermənistanın davamlı təxribatlar törətdiyi və prosesə xələl gətirdiyini qeyd edib.

Tərəflər, həmçinin ticari-iqtisadi, mədəni, humanitar və digər sahələr üzrə əməkdaşlıq imkanları, qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir müzakirəsi aparıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax