Operativ Məlumat Mərkəzi

Bu il 462 min nəfərə sosial müavinət, 374 min nəfərə Prezident təqaüdü ödənilib

1 dəq
Paylaş:
Bu il 462 min nəfərə sosial müavinət, 374 min nəfərə Prezident təqaüdü ödənilib

Bu ilin 7 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Fondu tərəfindən 462 min nəfərə sosial , 374 min nəfərə Prezidentin təqaüdü ödənilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-dan xəbər verilib.

Bildirilib ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 24 faiz çox olmaqla 578 mln. manat, təqaüdləri üzrə 21 faiz çox olmaqla 374 mln. manat ödənilib.

Yanvar-iyul aylarında 79 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 508 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax