Operativ Məlumat Mərkəzi

Bəzi yerlərə leysan yağır - FAKTİKİ HAVA - 11.08.2025

1 dəq
Paylaş:
Bəzi yerlərə leysan yağır - FAKTİKİ HAVA - 11.08.2025

Azərbaycanda avqustun 11-i saat 9:00-a olan məlumata əsasən bəzi yerlərdə yağıntılı və küləkli müşahidə olunur.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Yağıntılar bir sıra ərazilərdə xarakterlidir, şimşək çaxır.

Düşən yağıntının miqdarı Balakəndə 21, Qusarda (Laza) 13, Qubada 10, Xaltanda 9, Lənkəranda 8, Naftalanda 5, Yevlaxda 4, Şabranda 3, Lerik, Astara, Biləsuvar, Altıağac, Qəbələ, Qax(Sarıbaş), Ağstafa, , Qobustan, Daşkəsən, Gədəbəy, Bərdə, Tərtər, Mingəçevir, İmişli, Kürdəmir, Goranboy, , Sabirabad, İsmayıllı, Göyçay, Xaçmaz, Kəlbəcər, Şahdağ, eyni zamanda Bakıda və yarımadasında 1 mm-dir.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Neftçalada 20, Culfada 19, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax