Operativ Məlumat Mərkəzi

Baş Prokurorluq: "Məhkəmə Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törədən şəxslə bağlı yekun qərar çıxarmayıb"

1 dəq
Paylaş:
Baş Prokurorluq: "Məhkəmə Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törədən şəxslə bağlı yekun qərar çıxarmayıb"

Bəzi media və səhifələrində Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törətmiş şəxsin ölüm cəzasına məhkum edilməsinə dair məlumatlar yayılıb. Bildiririk ki, baş vermiş cinayət hadisəsi üzrə İran İslam Respublikasında istintaq edilən cinayət işinin gedişatı tərəfimizdən diqqətlə izlənilir və qarşı tərəflə mütəmadi əlaqə saxlanılır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"ə Azərbaycanın Baş Prokurorluğundan bildirilib.

Belə ki, İran İslam Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib və prokuror tərəfindən təqsirləndirilən şəxsin ən ağır cəzaya məhkum edilməsi tələb olunub, lakin hazırda tərəfindən yekun qəbul edilməyib.

Ümidvarıq ki, iş üzrə yaxın vaxtlarda məhkəmə tərəfindən ədalətli hökm çıxarılaraq layiqli cəzanın verilməsi təmin ediləcəkdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax