Operativ Məlumat Mərkəzi

Bakının bu əraziləri plana düşür

2 dəq
Paylaş:
Bakının bu əraziləri plana düşür

Bakıda müddətini başa vurmuş, eyni zamanda şəhərin görkəminə xələl gətirən tikililərin sökülməsi ilə əlaqədar iki komissiya yaradılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, aidiyyəti qurumların təmsil olunduğu Komissiya Bakı şəhərinin yeni Baş Planına uyğun olaraq paytaxtda və ətraf ərazilərdə 20-ci əsrin əvvəllərində tikilmiş və istismar müddətini başa vurmuş, eyni zamanda şəhərin görkəminə xələl gətirən tikililərin sökülməsi zərurəti, habelə mühəndis-kommunikasiya qurğularının yenilənməsi, ərazinin abadlaşdırılması ilə əlaqədar Bakı şəhəri, rayonu, prospekti, Nizami, Rza Quliyev, Nabat Aşurbəyova, Mirzə Fətəli Axundzadə, Çingiz Mustafayev və Mirzəağa Əliyev küçələrinin əhatə etdiyi ərazidə yaşayış və qeyri-yaşayış obyektlərinin satınalınaraq köçürülməsi sahəsində səlahiyyətli olacaq.

Komissiya Yasamal rayonu, Mirzə Fətəli Axundzadə küçəsi, 4 saylı ünvanda fəaliyyət göstərir. Yuxarıda göstərilən ərazidə yaşayan sakinlərdən sahibi olduqları tikililərə dair müvafiq sənədlərlə Komissiyaya müraciət etmələri xahiş olunur.

Ümumi prosesə, şəffaflığın təmin olunmasına nəzarəti isə yanında yaradılmış xüsusi Komissiya həyata keçirəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax