Operativ Məlumat Mərkəzi

Bakıda 6 dərəcə isti müşahidə olunur, bəzi rayonlarda qarın hündürlüyü 9 sm-ə çatıb - FAKTİKİ HAVA

2 dəq
Paylaş:
Bakıda 6 dərəcə isti müşahidə olunur, bəzi rayonlarda qarın hündürlüyü 9 sm-ə çatıb - FAKTİKİ HAVA

Bu gün saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər bölgələrində küləkli və yağıntılı davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Bildirilib ki, hazırda bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və yarımadasında 24 m/s, Neftçala və Şəmkirdə 20 m/s, Naftalanda 18 m/s, Şahdağda 17 m/s-dək güclənib.

ərazilərə qar yağır, yağan qarın hündürlüyü Şahdağda 9, Qaxda (Sarıbaş) 5, Qusarda (Laza) 4, Qrızda 3, Xınalıqda 2, Daşkəsən və Xaltanda 1 sm-dir.

Düşən yağıntının miqdarı isə Zaqatalada 72, Balakəndə 50, Şəkidə 40, Şəmkirdə 25, Tovuzda 24, Gədəbəydə 21, Gəncədə 18, Oğuzda 17, Göygöl və Qəbələdə 15, Bakıda və Abşeron yarımadasında 8, Quba, Sabirabad, Lerik, Qobustan və Şahbuzda 5, Ağstafa, Yardımlı və Lənkəranda 4, Mingəçevir, Beyləqan, Goranboy, Cəfərxan, Ceyrançöl və Şərurda 3, Tərtər, İmişli, Sədərək və Culfada 2, Yevlax, Göyçay, Kürdəmir, Ağdam, Şuşa, Laçın, Xocalı, Füzuli, Kəlbəcər, Astara, Naftalan, Şabran, Ordubad və Naxçıvanda 1 mm-dir.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Naxçıvan MR-da 7, Aran rayonlarında 8 isti, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax