Operativ Məlumat Mərkəzi

Azərbaycanla ICESCO arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

2 dəq
Paylaş:
Azərbaycanla ICESCO arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Oktyabrın 4-də elm və təhsil naziri İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının () Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi ilə görüşüb.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"ə bildirilib ki, görüş zamanı Elm və ilə ICESCO arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə edilib.

Elm və təhsil naziri Emin Əmrullayev ICESCO ilə çərçivəsində tələbə mübadiləsi proqramlarının təsis edilməsinin əhəmiyyətini vurğulayıb, üzv dövlətlərin milli-mənəvi dəyərlərinin təbliğ edilməsində bu proqramların mühüm rola malik olduğunu diqqətə çatdırıb.

Görüşdə Şuşa şəhərinin 2024-cü il üzrə ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” seçilməsi ilə əlaqədar burada şagirdlər üçün olimpiada və incəsənət festivallarının keçirilməsi də müzakirə olunub.

Bununla yanaşı, Emin Əmrullayev Azərbaycanın STEAM əsaslı tədrisə keçid prosesindən bəhs edib, bu təcrübənin təşkilata üzv dövlətlərlə bölüşülə biləcəyini vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax