Operativ Məlumat Mərkəzi

Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırılıb

2 dəq
Paylaş:
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırılıb

Azərbaycanla arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-dək 20 sərhəd dirəyi quraşdırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin məlumat yayıb.

Bildirilib ki, iki dövlətin qruplarının işi davam edir.

"Xəbər verildiyi kimi, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycan Respublikası Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Ermənistan Respublikası Komissiyasının 8-ci görüşünün yekunlarına əsasən əldə edilmiş razılaşmalara müvafiq olaraq, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası sərhədində iki ölkənin ekspert qrupları ərazidə geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıblar", - məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax