Əsas məzmuna keç

Azərbaycanın Baş naziri İordaniya parlamentinin Nümayəndələr Palatasının sədri ilə görüşüb

Azərbaycanın Baş naziri İordaniya parlamentinin Nümayəndələr Palatasının sədri ilə görüşüb

Azərbaycanın Baş naziri mayın 15-də ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığı parlamentinin Palatasının sədri Ahmed Al-Safadi ilə görüşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Bakıda keçirilən Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasının vurğulanıb, İordaniyanın tədbirdə yüksək səviyyədə təmsil olunmasından məmnunluq ifadə edilib.

Azərbaycan-İordaniya əməkdaşlığının bir çox sahələrdə uğurla inkişaf etdiyi bildirilib, parlamentlərarası əlaqələrin müsbət dinamikası yüksək qiymətləndirilib.

Eyni zamanda iki ölkə arasında ticarət-iqtisadi, investisiyaların təşviqi, humanitar, turizm və digər istiqamətlərdə əlaqələrin perspektivləri müzakirə olunub.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…