Əsas məzmuna keç

Azərbaycandan Ukraynaya humanitar yardmın növbəti hissəsi yola salınıb

Azərbaycandan Ukraynaya humanitar yardmın növbəti hissəsi yola salınıb

Ukrayna üçün qeyd olunan humanitar yardım Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin...

Azərbaycandan Ukrayna üçün nəzərdə tutulan humanitar yardmın növbəti hissəsi yola salınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ukrayna üçün qeyd olunan Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.

Qeyd edilib ki, İlham Əliyevin 5 fevral 2025-ci il tarixli Sərəncamına əsasən, sözügedən yardımın təşkili məqsədilə bir milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb və yardımın birinci hissəsi fevralın 7-də göndərilib.

Adıçəkilən Sərəncam çərçivəsində iki hissədə göndərilmiş humanitar yükə ümumilikdə 52 min metrdən çox kabeli və naqil, habelə 17 ədəd daxildir.

Ukrayna tərəfindən daxil olmuş müraciətə əsasən, qeyd olunan avadanlıqlar müharibədən zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası üçün nəzərdə tutulur.

Xatırladaq ki, mövcud vəziyyətlə əlaqədar tərəfindən Ukraynaya göstərilmiş yenidənqurma və humanitar məqsədli yardımların ümumi məbləği 40 milyon ABŞ dollarını keçib. Bu günədək elektrik avadanlıqları qismində 134 ədəd transformator və komplekt transformator məntəqəsi, 70-ə yaxın generator, habelə təxminən 3.4 milyon metr elektrik kabeli və naqil humanitar yardım kimi Ukraynaya yola salınıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…