Operativ Məlumat Mərkəzi

Azərbaycanda ən çox nikah qeydə alınan rayon məlum olub

2 dəq
Paylaş:
Azərbaycanda ən çox nikah qeydə alınan rayon məlum olub

Ötən il Azərbaycanda hər min nəfərə düşən hallarının ən çox və ən az qeydə alındığı rayonlar məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in əldə etdiyi məlumata görə, 2024-cü ildə 49 min 508 nikah qeydə alınıb.

Onlardan 11 min 638-i Bakıda, 2247-si Naxçıvan Muxtar Respublikasında, 2716-sı -Xızı iqtisadi rayonunda, 1785-i Dağlıq iqtisadi rayonda qeydə alınıb.

Həmçinin Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə 2632, iqtisadi rayonu üzrə 4136, Qazax-Tovuz iqisadi rayonu üzrə 3379, Quba-Xaçmaz iqtisadi rayonunda 2693, Lənkəran-Astara iqtisadi rayonu üzrə isə 4801 nikah qeydə alınıb.

Bundan başqa, 3571 Mərkəzi Aran iqtisadi rayonunda, 2848-i Mil-Muğan iqtisadi rayonunda, 2851-i Şəki-Zaqatala iqtisadi rayonunda, 1746-ı Şərqi Zəngəzur iqtisadi rayonunda, 2465-i Şirvan-Salyan iqtisadi rayonunda olub.

Əhalinin hər 1000 nəfərinə düşən nikah sayına görə, 2024-cü ildə Bakının rayonları arasında ən çox evlilik Qaradağ və Yasamalda (6,5), ən az isə Pirallahıda (3,8) qeydə alınıb.

Regionlara gəlincə, ötən il ən çox nikah halları Yardımlı (6,9), ən az nikah halları isə Abşeron rayonunda (2,5) olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax