Operativ Məlumat Mərkəzi

Azərbaycanda Çin istehsalı olan qanalma iynəsinin satışı qadağan edilib

1 dəq
Paylaş:
Azərbaycanda Çin istehsalı olan qanalma iynəsinin satışı qadağan edilib

Çin Xalq Respublikasının “Shandong Qinkai Medical Industry Co. LTD” şirkəti tərəfindən edilmiş, 15.09.2023-cü il istehsal tarixli və 20230915 seriyalı “Vakuumlu qanalma iynəsi (kəpənək) 23G” adlı tibb vasitəsinin qablaşdırmasında çapla bağlı nöqsanlar aşkar edilib.

Səhiyyə Nazirliyinin Ekspertiza Mərkəzindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, məhsulun üzərində yararlılıq müddəti 14.09.2023-cü il olaraq qeyd edilib və sonradan stiker vasitəsilə bu tarix 14.09.2028-ci il kimi düzəldilib.

Şikayət əsasında Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli, 460 nömrəli Qərarı ilə təsdiqlənmiş “Dərman vasitələrinin geri çağırılması Qaydası”nın 1.3-cü bəndinə uyğun olaraq, Analitik Ekspertiza Mərkəzi tərəfindən araşdırma aparılıb. Araşdırmanın nəticəsinə əsasən, qeyd olunan seriyalı məhsul geri çağırılıb və onun ölkəyə idxalı, eləcə də ölkə daxilində topdan və pərakəndə edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax