Operativ Məlumat Mərkəzi

Azərbaycanda bütün şagirdlərin psixometrik testdən keçirilməsi təklif olunur

2 dəq
Paylaş:
Azərbaycanda bütün şagirdlərin psixometrik testdən keçirilməsi təklif olunur

“Dövlət İmtahan Mərkəzinin saytında keçid var və biz müraciət edənlərə testlərlə hansı sahədə özünü etdirəcəyini müəyyənləşdirib məsləhətlər veririk”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Karyera İnkişaf Forumunda DİM sədri Məleykə Abbaszadə deyib.

“Biz hələ ki bu testləri 14-15 yaşlı uşaqlar üçün individual qaydada keçiririk. Amma bu gün DİM-də məktəb direktorları ilə görüş var. Biz təklif edəcəyik ki, direktorlar müraciət etsin, biz bütün şagirdlərin bu testlərdən keçirilməsini təmin edək”, - o vurğulayıb.

Məleykə Abbaszadə qeyd edib ki, bu, tam elmi əsasları olan alətdir, bu yerli mütəxəssislər tərəfindən hazırlanıb: “Geniş auditoriyada tətbiqi və internet üzərindən keçirilməsi üçün də işlər aparırıq”.

Məleykə Abbaszadə deyib ki, bu testlər gənclərin kor-koranə ixtisas seçimi etməsinin qarşısını alacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax