Əsas məzmuna keç

İlham Əliyev və Aleksandar Vuçiç arasında telefon danışığı olub

İlham Əliyev və Aleksandar Vuçiç arasında telefon danışığı olub

telefon danışığı zamanı Aleksandar Vuçiç Serbiya ilə Kosovo arasında Brüsseldə keçirilən dialoq səbəbindən Qoşulmama Hərəkatının Təmas Qrupunun Bakı...

Martın 1-də Serbiya Respublikasının Prezidenti Vuçiç Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, zamanı Aleksandar Vuçiç Serbiya ilə Kosovo arasında Brüsseldə keçirilən dialoq səbəbindən Qoşulmama Hərəkatının Təmas Qrupunun Bakı Zirvə görüşündə iştirak edə bilmədiyini dedi, Serbiyanı Bakıdakı tədbirdə nazirinin təmsil edəcəyini bildirdi. Serbiya Prezidenti bu dialoqun gedişi barədə dövlətimizin başçısına məlumat verdi.

Aleksandar Vuçiç Serbiyanın dost Azərbaycan ilə qarşılıqlı hörmət və anlaşmaya, o cümlədən dəstəyə əsaslanan münasibətlərin hərtərəfli inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırdı.

iki dövlət başçısının yüksək şəxsi münasibətləri sayəsində dinamik inkişaf edən Azərbaycan-Serbiya strateji tərəfdaşlığını yüksək qiymətləndirdiyini vurğuladı, bu ilin də ikitərəfli münasibətlərimiz üçün uğurlu olacağına ümid etdiyini bildirdi.

Söhbət zamanı enerji sahəsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…