Operativ Məlumat Mərkəzi

Azərbaycan və Qazaxıstanın Baş Qərargah rəisləri hərbi əməkdaşlıq perspektivlərini müzakirə ediblər

2 dəq
Paylaş:
Azərbaycan və Qazaxıstanın Baş Qərargah rəisləri hərbi əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Müdafiə nazirinin birinci müavini – Ordusunun Baş rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Qazaxıstana səfəri davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat yayıb.

Qeyd olunub ki, əvvəlcə general-polkovnik K.Vəliyev və Qazaxıstan Respublikası müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Sultan Kamaletdinov Almatı şəhərində 28 Qvardiyaçı Panfilovçu adına parkı ziyarət edib, abidə önünə əklil qoyublar.

Sonra nümayəndə heyətimiz Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hərb Tarixi Muzeyinə gəlib. Nümayəndə heyətinə muzeyin tarixi və fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib. General-polkovnik K.Vəliyev “Fəxri qonaqlar kitabı”nı imzalayıb.

Daha sonra Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin Sülhməramlı Əməliyyatlar Mərkəzi ziyarət edilib. Azərbaycan mərkəzdə yaradılan infrastruktur və təhsil prosesi ilə tanış olub. Mərkəzin yaranma tarixi, təyinatı və fəaliyyəti barədə brifinq təqdim edildikdən sonra Baş Qərargah rəisləri arasında görüş keçirilib.

Görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi-təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, habelə hərbi əməkdaşlığın genişləndirilməsi məsələləri ətraflı müzakirə olunub. Tərəflər qarşılıqlı təcrübə mübadiləsinin daha intensiv şəkildə aparılması və əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax