Operativ Məlumat Mərkəzi

Azərbaycan Prezidenti: "Gələcək əməkdaşlıq haqqında vahid mövqeyə gəldik"

2 dəq
Paylaş:
Azərbaycan Prezidenti: "Gələcək əməkdaşlıq haqqında vahid mövqeyə gəldik"

Əminəm ki, Sizin səfəriniz Misir- əlaqələrinin inkişafına böyük töhfə verəcək.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə İlham Əliyev yanvarın 28-də Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi ilə görüşdən sonra mətbuata bəyanatında deyib.

“Biz bu gün həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə bir çox məsələləri müzakirə etdik və gələcək haqqında vahid mövqeyə gəldik - bu əməkdaşlıq dərinləşdirilməlidir və genişləndirilməlidir. Bunun üçün bütün imkanlar var və bugünkü səfər bunu bir daha təsdiqlədi.

Biz bundan sonra da təşkilatlarda birgə fəaliyyət göstərəcəyik, bir-birimizi bundan sonra da dəstəkləyəcəyik, necə ki, bu günə qədər iştirak etdiyimiz beynəlxalq təşkilatlarda - istər BMT olsun, Qoşulmama Hərəkatı olsun, İslam Əməkdaşlıq Təşkilatı olsun, bu təşkilatlar çərçivəsində qarşılıqlı dəstək göstəririk”, - İlham Əliyev vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax