Əsas məzmuna keç

Azərbaycan Prezidenti cibutili həmkarını təbrik edib

Azərbaycan Prezidenti cibutili həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Cibuti Respublikasının Prezidenti İsmail Ömər Gellehə təbrik məktubu ünvanlayıb. "Operativ Məlumat...

İlham Əliyev Cibuti Respublikasının Prezidenti İsmail Ömər Gellehə ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, məktubda deyilir:

"Hörmətli cənab ,

Cibuti Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Cibuti dövlətlərarası əlaqələrinin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, Qoşulmama Hərəkatı və İslam Təşkilatı da daxil olmaqla çoxtərəfli təsisatlarda səmərəli əməkdaşlığımızın uğurla davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Cibuti xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…