Operativ Məlumat Mərkəzi

Azərbaycan lideri Sinqapur Prezidentini təbrik edib

1 dəq
Paylaş:
Azərbaycan lideri Sinqapur Prezidentini təbrik edib

İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Şanmuqaratnama ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Sinqapur Respublikasının müstəqilliyinin 60-cı ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və xalqı adından
səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.

Sinqapur ötən dövr ərzində böyük yol keçərək dünyada sürətlə və dinamik edən, iqtisadiyyat, sənaye, elm, müasir texnologiyalar və digər sahələrdə mühüm nailiyyətlər əldə etmiş dövlətə çevrilmişdir.

İnanıram ki, Azərbaycan-Sinqapur dostluq əlaqələrini və qarşılıqlı faydalı əməkdaşlığını inkişaf etdirmək yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax