Operativ Məlumat Mərkəzi

Azərbaycan-Keniya hüquqi əməkdaşlığı möhkəmləndirilir

2 dəq
Paylaş:
Azərbaycan-Keniya hüquqi əməkdaşlığı möhkəmləndirilir

Prokurorlar Assosiasiyasının (BPA) Bakıda keçirilən 29-cu İllik Konfransında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.

Baş Prokurorluğun xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, sentyabrın 29-da Kamran Əliyev Keniyanın Dövlət Prokurorluğunun Direktoru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi ilə görüşüb.

Qoşulmama Hərəkatı çərçivəsində Keniya ilə əməkdaşlığın yüksək səviyyəyə çatdığını bildirən baş prokuror Kamran Əliyev iki ölkə arasında güclü siyasi əlaqələrin mövcudluğunu qeyd edib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan baş prokuror Keniyanın iqlimlə bağlı səylərdə dünya təcrübəsinə böyük töhfə verdiyini diqqətə çatdırıb.

Keniya nümayəndə heyətinin cari ilin fevralında ölkəmizə ilk səfəri və orqanları arasında möhkəm əlaqələrin qurulduğuna nəzər salan Kamran Əliyev təcrübə mübadiləsindən, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib.

Renson Mulele İnqonqa Azərbaycanda prokurorluq orqanlarında həyata keçirilən islahatları, iki ölkənin prokurorluq orqanları arasında mövcud əlaqələri yüksək qiymətləndirib.

Daha sonra ölkələrimiz arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax