Operativ Məlumat Mərkəzi

Azərbaycan dili imtahanında maksimum nəticə göstərən abituriyent esse yaza bilmir

1 dəq
Paylaş:
Azərbaycan dili imtahanında maksimum nəticə göstərən abituriyent esse yaza bilmir

"Bu gün tədris etdiyimiz məzmunun çox köhnəldiyini etiraf etməliyik".

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bunu elm və təhsil naziri Bakı təhsil işçilərinin sentyabr konfransında deyib.

O bildirib ki, 40 il əvvəlki fizikanı eyni şəkildə keçməməliyik:

"Bu yaxınlarda dili və ədəbiyyat forumu keçirildi. Gördük ki, dil fənni ilə bağlı problemlərimiz ciddidir. Dillə bağlı səriştələri öyrətməliyik. Bu sahədə səriştəsi olan şəxs yazıb danışmalıdır. Dil qaydaları və üslub bunun tərkib hissəsidir. Sertifikatlaşdırma üçün suallar hazırlananda gördüm ki, bizim fənn mütəxəssisimiz belə bundan uzaqdır. Mən xahiş edirdim ki, belə suallar salmayaq. Özümüzü bir çərçivəyə salmışıq və ordan çıxa bilmirik. Ona görə, Azərbaycan dilindən imtahanda nəticə bir səhifəlik esse yaza bilmir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax