Operativ Məlumat Mərkəzi

AZAL Bakıdan Naxçıvana və əks istiqamətdə uçmaq istəyənlərə müraciət edib

2 dəq
Paylaş:
AZAL Bakıdan Naxçıvana və əks istiqamətdə uçmaq istəyənlərə müraciət edib

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviadaşımalara tələbatın gözlənilən artımını nəzərə alaraq bu arasında səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletləri öncədən əldə edilməsi tövsiyə olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə " Hava Yolları" QSC-nin (AZAL) sərnişinlərə müraciətində bildirilir.

"Aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur. Bununla əlaqədar olaraq, sərnişinlərə ən yaxşı uçuş vaxtını təmin etmək və mümkün narahatlığın qarşısını almaq üçün biletləri əvvəlcədən almağı məsləhət görür.

AZAL Bakıdan Naxçıvana və geriyə müntəzəm uçuşların sayını artıraraq gündə 10 reysə çatdırıb. Zərurət olduqda, aviaşirkət sərnişinlərin tələbatını ödəmək üçün əlavə reyslər açmağa hazırdır.

Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.

Aviaşirkət www.azal.az saytından aviabiletlərin əldə edilməsi haqqında ətraflı məlumatı özündə əks etdirən video-təlimat hazırlayıb. Video-təlimatla aşağıdakı linkdən tanış ola bilərsiniz: https://youtu.be/9PiPTkNkBSU.

Əlavə suallar yarandığı təqdirdə sərnişinlər [email protected] elektron və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə mərkəzinə müraciət edə bilərlər", - deyə müraciətdə qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax