Operativ Məlumat Mərkəzi

Avropa Parlamentinin deputatı Şuşada olub

2 dəq
Paylaş:
Avropa Parlamentinin deputatı Şuşada olub

Azərbaycanda səfərdə olanAvropa Parlamentinin deputatı Xaviyer Nart Şuşa şəhərində olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Məclisin və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Şuşa şəhərinə gələn qonağa şəhərin , işğal dövründəki vəziyyəti və Şuşada İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, şəhərdəki tarixi abidələrin bərpası, nəzərdə tutulan planlar, Şuşa sakinlərinin öz doğma şəhərlərinə qayıdışı prosesinə başlanıldığı barədə məlumat verilib.

Qonaq burada nümayəndəliyin inzibati binasında, Şəhər Meydanında, Vaqifin məqbərəsində, Cıdır düzündə olub, Şuşanın Qala divarlarını seyr edib. Qonağa məlumat verilib ki, qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxmış, canları və qanları bahasına Şuşanı işğaldan azad etmişlər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirilməsi məkanına çevrilib.

Avropa Parlamentinin deputatını Milli Məclisin Avropa İttifaqı- Parlament Komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev və digər rəsmi şəxslər müşayiət ediblər.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax